Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidzenin
sözlərinə görə, epidemioloqlar bu həftənin sonuna qədər Gürcüstanda
təsdiqlənmiş yoluxma hallarının 350-400 arası olacağını təxmin
edirlər.
Bu barədə Qamkrelidze xüsusi brifinqdə bildirib.
“
Biz ötən həftənin sonuna qədər təxminən 200 təsdiqlənmiş
yoluxma halının olacağını təxmin edirdik, 185 təsdiqlənmiş hal
qeydə alındı. Düşünürük ki, bu həftənin sonunadək 350-400
təsdiqlənmiş yoluxma halı olacaq”, – Qamkrelidze
deyib.
Qamkrelidzenin sözlərinə görə, növbəti həftə qeyd olunan rəqəmlərin
ikiqat artacağı gözlənilir.
Mənbə:
Netgazeti