Vani bələdiyyəsində fövqəladə vəziyyət rejimi ilə nəzərdə tutulmuş
tənzimləmələr sərtləşdirilir.
Baş nazirin mətbuat katibi İrakli Çikovaninin sözlərinə görə, buna
səbəb koronavirusa yeni yoluxma hallarından birinin Vani ilə bağlı
olmasıdır.
"Bu mərhələdə Gürcüstanın 9 digər bələdiyyəsində olduğu kimi Vani
bələdiyyəsində də eyni qaydaların tətbiq olunması barədə qərar
qəbul edilib. Bələdiyyənin çıxışlarında xüsusi buraxılış
məntəqələri qurulacaqdır. Bələdiyyənin bütün ərazisində aktiv
termoskrininq həyata keçiriləcək", – Çikovani deyib.
Hal-hazırda ölkənin əsas şəhərlərinin – Tbilisi, Kutaisi, Batumi,
Poti, Rustavi, Zuqdidi, Qori, Telavi və Axaltsixenin girişlərində
xüsusi nəzarət məntəqələri var. Bundan əlavə, Bolnisi və Marneuli
bələdiyyələrində ciddi rejimlii karantin tətbiq edilmişdir.
Mənbə:
Netgazeti