სიახლე
"Marneuli 18 may tarixində tamamilə açılacaq" – Qaxaria
Hərəkətə qoyulan məhdudiyyət Tbilisidə mayın 11-dən, Rustavi və Qardabanidə mayın 14-dən, Marneulidə isə mayın 18-dən qaldırılacaq.


Mayın 11-dən Tbilisiyə giriş-çıxışla bağlı bütün məhdudiyyətlər ləğv ediləcək. Bu barədə Baş nazir Qiorqi Qaxaria Qurumlararası Koordinasiya Şurası çərçivəsində mövcud olan iqtisadi qrupun iclasında məlumat verib. Bundan əlavə, onun sözlərinə görə, mayın 14-də Rustavi və Qardabanidə hərəkət bərpa ediləcək, 18 mayda isə Marneulidə məhdudiyyət qaldırılacaq.

Onun sözlərinə görə, Marneulidəki epidemioloji vəziyyətə görə bir sıra testlər aparmaq lazımdır, məhz buna görə əlavə vaxt tələb olunur.

"Bu həm Marneuli, həm də digər bölgələrə aiddir. Hər bir vətəndaşımızı ictimai yerlərdə sosial məsafəyə riayət etməyə və maska taxmağa çağırıram, ancaq yaxşı olardı ki, həyatımızın bir hissəsi olan küçədə də bunlara riayət edək. Bu elə bir məsuliyyət və öhdəlikdir ki, yüksək risk olmadan iqtisadiyyatımızı sürətli və səmərəli şəkildə açmağa imkan verir.Bunun çox böyük əhəmiyyəti var. Bu məhdudiyyətlərə bu günədək necə əməl edirdilərsə, xahiş edirəm ki, belə də davam edək. Pandemiya ilə mübarizə hələ başa çatmayıb və tam qalibiyyət üçün yalnız yaxşı epidemioloji vəziyyət deyil, eyni zamanda ayaqda duran iqtisadiyyata ehtiyacımız var”, – Qaxaria deyib.

Eyni zamanda, Baş nazirin bildirdiyinə görə, komendant saatı qüvvədə qalır.




FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər