Gürcüstanın Fermerlər Assosiasiysının sədri Nino Zambaxidze Gürcüstan hökumətinin anti-böhran planını kənd təsərrüfatı baxımından müsbət dəyərləndirib

Gürcüstanın Fermerlər Assosiasiysının sədri Nino Zambaxidze Gürcüstan hökumətinin anti-böhran planını kənd təsərrüfatı baxımından müsbət dəyərləndirib.



Zambaxidze bildirib ki, koronavirus pandemiyası yayıldıqdan sonra Fermerlər Assosiasiyası “Covid-19-un kənd təsərrüfatına və fermer təsərrüfatlarına təsiri” ilə bağlı araşdırma aparıb. Təşkilatın Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyinə verdiyi bütün tövsiyələr planda yer alıb.

Gürcüstanın Fermerlər Assosiasiyasının sədri bildirir ki, koronavirusun yayılmasından sonra bütün dünya ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəlib və məhz buna görə müxtəlif ölkələr ixracı məhdudlaşdırır.

“Belə hal olarsa, bizim kimi ölkələr üçün idxal azalacaq deməkdir və biz təxminən 60-70% idxala bağlı ölkəyik. Ölkənin ərzaq infrastrukturu baxımından əhalinin ərzaq çatışmazlığı qarşısında qalmaması üçün çalışması olduqca vacibdir”, – Nino Zambaxidze bildirib.

Zambaxidzenin sözlərinə görə, anti-böhran planı qısamüddətli perspektivdə qeydiyyatda olan torpaq sahələrinin becərilməsini təmin edəcək.

“Kənd təsərrüfatı torpaq sahiblərinin həvəsləndirilməsi” proqramına 0,25 -dən 10 hektara kimi torpaq sahəsi olan fermerlər qoşulacaq. 0,25 hektar 50 bala, bir hektar 200 bala bərabərdir. Bir bal bir laridir.

“Eyni zamanda ən vacib olanı özəl sektor tərəfindən göstərilən dəstəkdir və bu subsidiyadır. Buna əsasən fermerlər bazar qiymətindən bir lari ucuza dizel alacaqlar. Qısamüddətli perspektivdə mənim fikrimcə bunun çox böyük müsbət təsiri olacaq”,
– Nino Zambaxidze deyib.

Zambaxidze bizimlə söhbətində Gürcüstan hökumətinin prorqamına qoşula bilməyən fermerlərdən söhbət açıb. Torpaq sahəsi qeydiyyatdan keçirilməmiş, yaxud fiziki şəxsdən torpaq icarəyə götürən fermerlər proqramda iştirak edə bilməyəcək. Zambaxidzenin sözlərinə görə, torpağı icarəyə verən şəxslərə pestisidlər və kənd təsərrüfatı əşyaları real olaraq lazım deyil və məhz buna görə, onlar həmin ləvazimatları torpağı icarəyə verdikləri adama verməlidirlər.

 

Print Email
FaceBook Twitter Google