Ekaterine Tikaradze – İstəyirəm ki, vətəndaşlarımız arxayın olsun – baş nazir heç yerə getməyə hazırlaşmır

İstəyirəm ki, vətəndaşlarımız arxayın olsun – baş nazir heç yerə getməyə hazırlaşmır.


Səhiyyə naziri Ekaterine Tikaradze Qiorgi Qaxarianın baş nazir vəzifəsindən istefası haqqında yayılan məlumatlara cavab olaraq bildirib.

“İstəyirəm ki, vətəndaşlarımız arxayın olsun – baş nazir heç yerə getməyə hazırlaşmır. Bu xəbərin yayılması, ehtimal ki, baş nazirin pandemiya ilə mübarizə zamanı göstərdiyi effektiv idarəetmə ilə əlaqədardır", – deyə Tikaradze bildirib.

Məlumat üçün bildirək ki, mətbuatda Qiorqi Qaxarianın baş nazir vəzifəsindən istefa verəcəyi haqda məlumat yayılmışdı.

 

Print Email
FaceBook Twitter Google