İstəyirəm ki, vətəndaşlarımız arxayın olsun – baş
nazir heç yerə getməyə hazırlaşmır.
Səhiyyə naziri Ekaterine Tikaradze Qiorgi Qaxarianın baş nazir
vəzifəsindən istefası haqqında yayılan məlumatlara cavab olaraq
bildirib.
“İstəyirəm ki, vətəndaşlarımız arxayın olsun – baş
nazir heç yerə getməyə hazırlaşmır. Bu xəbərin yayılması, ehtimal
ki, baş nazirin pandemiya ilə mübarizə zamanı göstərdiyi effektiv
idarəetmə ilə əlaqədardır", – deyə Tikaradze
bildirib.
Məlumat üçün bildirək ki, mətbuatda Qiorqi Qaxarianın baş nazir
vəzifəsindən istefa verəcəyi haqda məlumat yayılmışdı.