სიახლე
Bəzi ölkələrlə sərhədləri daha asanlıqla açmağa çalışırdıq, bu belə olmaya bilər – Maçavariani

Hökümət Dəftərxanasında Koordinasiya Şurasının iclasından sonra maliyyə naziri İvane Maçavariani mətbuatın suallarını cavablandırıb.


O, sərhədlərin açılması məsələsindən də danışaraq qeyd edib ki, bəzi ölkələrlə sərhədlərin turistlər üçün hələ açılmaması mümkündür, çünki bu ölkələrdə epidemioloji vəziyyət dəyişib.

“İkinci məsələ budur ki, bəzi ölkələrə sərhədlərimizi daha asan açacağıq, bu belə olmaya bilər. Bir neçə ölkə ilə danışıqlar aparıldı, amma bu ölkələrin adını çəkmək istəmirəm, çünki düşünürük ki, oradakı vəziyyət idarə olunacaq və ilk planlarımıza qayıdacağıq. Ancaq mənə inanın ki, son nəticədə bir-birimizin qonaqlarını qarşılıqlı etimad və tanınma prinsipi ilə asan qəbul edəcəyimiz ölkələr aşkar olacaq", – deyə İvane Maçavariani deyib.

Məlum olduğu kimi, Gürcüstan iyulun 1-də turistlər üçün sərhədlərini açacaq. Turistlərin hansı ölkələrdən gələ biləcəkləri və sərhəddə necə yoxlanılacağı suallarının cavabı isə hələ məlum deyil.

Mənbə: Publika

 

FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər
Riçard Luqar Mərkəzinin COVID-19 ilə mübarizədə artan əhəmiyyəti ilə, illərdir laboratoriya ilə bağlı müxtəlif konspirasiyalar hazırlayan Kreml mətbuatı diaqnoz mərkəzinin əhəmiyyətini şübhə altına almağa çalışır və Luqarın son müsbət qiymətləndirmələrinin şişirdildiyini iddia edir.
Read more...
04:00 / 05.08.2020
Məsafə saxla