Gürcüstan hökuməti bu dəqiqələrdə yenilənmiş 2020-ci ilin büdcə
layihəsini təqdim edir.
Sənədə görə, 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən büdcə
gəlirləri (qrantlar və kreditlər istisna olmaqla) mövcud büdcədən
1.8 milyard lari azdır.
Konkret olaraq bunun 1,5 milyard larisi vergi gəlirlərinin azalması
olacaq.
Bu barədə daha ətraflı şəkildə büdcə haqda məlumatlar
yayımlandıqdan sonra sizə təqdim edəcəyik.