Ukraynanın səfirini Xarici İşlər Nazirliyinə çağıracağıq və izahat istəyəcəyik – Davit Zalkaliani Saakaşvilinin bəyanatı ilə bağlı danışdı
Gürcüstan Xarici İşlər Nazirliyi Mixeil Saakaşvilinin açıqlamalarına görə Ukraynanın Gürcüstandakı səfirini nazirliyə çağırmağı planlaşdırır. Bunu xarici işlər naziri Davit Zalkaliani bildirib.
Zalkalianinin sözlərinə görə, Saakaşvilinin açıqlaması Ukrayna vətəndaşlarının Gürcüstanın daxili siyasətinə birbaşa müdaxiləsidir.

“Bu, vaxtilə səfiri məsləhətləşmələrə görə çağırdığımız həmin o ciddi məsələdir. Ukraynalı həmkarlarımıza xəbərdarlıq etdik ki, yüksək vəzifəyə təyin etdikləri həmin şəxs axtarışdadır və Gürcüstan məhkəmə orqanlarının ondan 4 ayrı-ayrı iş istiqamətində cavab istəyirlər. Onun (Saakaşvilinin) Gürcüstanın daxili siyasətinə müdaxilə etməyə davam edəcəyi ilə bağlı gözlənti var idi. Strateji tərəfdaşımız bunu nəzərə almadığından, bu sadəcə xəbərdarlıq və bizim narahatçılığımızın ifadəsi idi ki, bu səbəbdən səfirimizi geri çağırmışdıq. Eşitdiyimiz bəyanat Ukrayna vətəndaşının bizim ölkənin daxili işlərinə və seçki prosesinə birbaşa müdaxilədir. Bu barədə bizim söhbətimiz olacaq və səfiri Xarici İşlər Nazirliyinə çağıracaq və izahat tələb edəcəyik, çünki bu, yüksək səviyyəli xarici bir məmurun başqa bir ölkənin deyil, strateji tərəfdaşın daxili işlərinə və seçki prosesinə birbaşa müdaxiləsidir", –
deyə Zalkaliani bildirib.

Onun sözlərinə görə, amerikalı tərəfdaşlar da bu məsələyə diqqət yetirməlidirlər.

"Bu barədə ümumiyyətlə ciddi bir müzakirə necə ola bilər? Düşünürəm ki, amerikalı tərəfdaşlar bu məsələyə diqqət yetirməlidirlər. Bu, müxalifətin əsas strateji tərəfdaşımızı daxili siyasi prosesimizə və seçki prosesimizə cəlb etməyə çalışdığı ilk hadisə deyil”, – deyə Zalkaliani vurğulayıb.

“Mən Gürcüstanın məhv edilməsini rahatlıqla izləmək niyyətində deyiləm, biz qələbəyə hazırlaşırıq , – deyə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili özünün “Facebook” səhifəsində yayımladığı videosunda bildirmişdi. Saakaşvilinin sözlərinə görə, Gürcüstanın məhv olacağı və ya qalib gələcəyinə bu ilki seçkilərdə qərar veriləcək.
Mənbə: İnterPressNews
Print