“Bu gündən etibarən qoruyucu maskanın məcburi
istifadəsi qaydası qüvvəyə mindi. Xahiş edirəm, ilk növbədə
vətəndaşlara qaydalara və qanunlara qarşı münasibətimizi biz
göstərək", — deyə Parlamentin sədri büro iclasında
deputatlara müraciət edib.
Arçil Talakvadzenin fikrincə, maska taxmaq dünyanın üzləşdiyi
təhlükə qarşısında xüsusi bir çətinlik deyil.
“Bu qaydalara əməl etmək olduqca sadədir.
Qarşılaşdığımız təhlükə ilə bağlı xüsusi çətinlik daşıyan bir şey
yoxdur. Əksinə, infeksiyanın yayılmasının qarşısının alınmasında
vacib komponentlərdən biridir", — deyə Talakvadze
deputatlara səslənib.