Arçil Talakvadze millət vəkillərinə müraciət edib ki, vətəndaşlara qoruyucu maskadan istifadə etməkdə nümunə olsunlar

“Bu gündən etibarən qoruyucu maskanın məcburi istifadəsi qaydası qüvvəyə mindi. Xahiş edirəm, ilk növbədə vətəndaşlara qaydalara və qanunlara qarşı münasibətimizi biz göstərək", — deyə Parlamentin sədri büro iclasında deputatlara müraciət edib.



Arçil Talakvadzenin fikrincə, maska taxmaq dünyanın üzləşdiyi təhlükə qarşısında xüsusi bir çətinlik deyil.

“Bu qaydalara əməl etmək olduqca sadədir. Qarşılaşdığımız təhlükə ilə bağlı xüsusi çətinlik daşıyan bir şey yoxdur. Əksinə, infeksiyanın yayılmasının qarşısının alınmasında vacib komponentlərdən biridir", — deyə Talakvadze deputatlara səslənib.

Mənbə: İnterPressNews

 

Print