Rusiya prezidenti Vladimir Putin 2024-cü ildə prezidentliyə namizəd
olacağını istisna etmədiyini bildirib.
O, bunu "Rossiya 1" telekanalına müsahibəsi zaman bəyan edib.
“Hələ ki, özüm üçün heç bir qərar verməmişəm.
Konstitusiyada belə bir imkan olacağı təqdirdə seçkilərdə iştirak
etmə ehtimalını istisna etmirəm. Baxaq, sonra
görərik”, – deyə o, bildirib.
Putin 2024-cü ildə səsvermədə qalib gələrsə, bu onun beşinci
prezidentlik müddəti olacaq.
İndiyə qədər Rusiya Konstitusiyasına edilən dəyişikliklərə görə,
Konstitusiyadakı dəyişiklik səbəbiylə, Prezidentin səlahiyyət
müddətinın “sıfırlaşması” baş verdi. Bununla da, 2018-ci ildə artıq
ikinci müddətə seçilən Putinə 2024 və 2030-cu illərdə namizəd
olmağa icazə verilir və qalib gələcəyi təqdirdə 2036-cı ilə qədər
prezident vəzifəsində qalmaq imkanı verilir.