Putin 2024-cü ildə də seçkilərdə iştirak edəcəyini istisna etmir
Rusiya prezidenti Vladimir Putin 2024-cü ildə prezidentliyə namizəd olacağını istisna etmədiyini bildirib.

O, bunu "Rossiya 1" telekanalına müsahibəsi zaman bəyan edib.

“Hələ ki, özüm üçün heç bir qərar verməmişəm. Konstitusiyada belə bir imkan olacağı təqdirdə seçkilərdə iştirak etmə ehtimalını istisna etmirəm. Baxaq, sonra görərik”, – deyə o, bildirib.

Putin 2024-cü ildə səsvermədə qalib gələrsə, bu onun beşinci prezidentlik müddəti olacaq.

İndiyə qədər Rusiya Konstitusiyasına edilən dəyişikliklərə görə, Konstitusiyadakı dəyişiklik səbəbiylə, Prezidentin səlahiyyət müddətinın “sıfırlaşması” baş verdi. Bununla da, 2018-ci ildə artıq ikinci müddətə seçilən Putinə 2024 və 2030-cu illərdə namizəd olmağa icazə verilir və qalib gələcəyi təqdirdə 2036-cı ilə qədər prezident vəzifəsində qalmaq imkanı verilir.

Mənbə: Netgazeti
Print