Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri — Pandemiyanı siyasiləşdirməyin, bölünmüş dünya koronavirusu məğlub edə bilməz

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhano Gebreius dünya liderlərini koronavirus pandemiyasını siyasiləşdirməməyə və onunla mübarizədə birləşməyə çağırır.


Onun sözlərinə görə, virus dünyada hələ də sürətlə yayılmaqdadır və son 8 gündə bir milyon yoluxma hadisəsi baş verib.

"Bu gün qarşılaşdığımız ən böyük təhlükə virusun özüdür. Qlobal həmrəylik və qlobal liderlik yoxdur. Bölünmüş dünya bu pandemiyanı məğlub edə bilməyəcək”, —
deyə Tedros Adhano bildirib.

Dünyada 9 milyondan çox koronavirusa yoluxma halı təsdiqlənib. İki gün əvvəl, yoluxmanın gündəlik rekord göstəricisi – 183 000 yeni yoluxma halı qeydə alınıb. Son dövrlərdə virus Braziliya, Hindistan, İraq və ABŞ-ın bəzi ştatlarına xüsusilə sürətlə yayılmaqdadır.

Mənbə: İnterPressNews

 

Print