Ukrayna prezidenti Vladimir Zelenski “Twitter”-də yazıb ki,
Ukrayna ilə Türkiyə arasındakı uçuşların bir qismi iyulun 1-dən
bərpa ediləcək.
"[Türkiyə] Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə razıyam ki, bu
turizm sənayesinin tərəqqisinə təkan verəcək", – deyə
Zelenski yazıb.
May ayında ölkələr arasında uçuşların bərpası ilə bağlı danışıqlar
yenidən başlayıb. Uçuşlar koronavirus pandemiyası səbəbindən ləğv
edilmişdi.
Ukrayna prezidenti Ərdoğana göstərdiyi humanitar yardımına görə də
təşəkkür edərək yazıb:
"Biz Ukrayna ilə Türkiyə
arasında ortaq maraq doğuran bütün sahələrdə strateji tərəfdaşlığı
dərinləşdiririk."