“8 mart razılaşması Gürcüstanın siyasi partiyaları
arasında baş verdi və bu böyük bir müvəffəqiyyət
oldu.
İndi biz hamımız razılaşmanın hər iki hissəsinin yerinə
yetirilməsini görmək istəyirik”, – ABŞ-ın
Gürcüstandakı səfiri Kelli Deqnan jurnalistlərlə söhbəti zamanı
bildirib.
Onun sözlərinə görə, ABŞ Gürcüstanda konstitusiya dəyişikliklərinə
mümkün qədər yüksək dəstəyin olmasını görmək istəyir.
“Bu, demokratik proseslərdə həqiqi irəliləyişin və ədalətli
seçkilər üçün şəraitin yaradılmasının göstəricisi olacaq. Gürcüstan
Parlamentinin 8 mart sazişinin həqiqətən uğurla həyata keçirməsi
üçün bütün Parlamentin konstitusiya dəyişikliklərini dəstəkləməsini
istəyirik”, – deyə Kelli Deqnan bildirib.