Kelli Deqnan – Hamımız 8 mart razılaşmasının hər iki hissəsinin yerinə yetirilməsini görmək istəyirik
“8 mart razılaşması Gürcüstanın siyasi partiyaları arasında baş verdi və bu böyük bir müvəffəqiyyət oldu. İndi biz hamımız razılaşmanın hər iki hissəsinin yerinə yetirilməsini görmək istəyirik”, – ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan jurnalistlərlə söhbəti zamanı bildirib.

Onun sözlərinə görə, ABŞ Gürcüstanda konstitusiya dəyişikliklərinə mümkün qədər yüksək dəstəyin olmasını görmək istəyir.

“Bu, demokratik proseslərdə həqiqi irəliləyişin və ədalətli seçkilər üçün şəraitin yaradılmasının göstəricisi olacaq. Gürcüstan Parlamentinin 8 mart sazişinin həqiqətən uğurla həyata keçirməsi üçün bütün Parlamentin konstitusiya dəyişikliklərini dəstəkləməsini istəyirik”
, – deyə Kelli Deqnan bildirib.

Mənbə: İnterPressNews
Print