Bu gün, iyunun 29-da, Parlamentin fövqəladə iclası keçiriləcək,
burada Konstitusiya dəyişiklikləri üçüncü oxunuşda müzakirə
ediləcək və səsverməyə çıxarılacaq.
Parlamentin iclası saat 12:00-da başlayacaq.
Məlum olduğu kimi, "Milli Hərəkat" və "Avropalı Gürcüstan"
fraksiyaları Konstitusiya dəyişikliklərinin müzakirəsində iştirak
etməyəcək.
Layihəyə əsasən, 2020-ci il Parlament seçkiləri qarışıq seçki
sistemi (120 proporsional, 30 majoritar) və 1% -lik baryer ilə
keçiriləcək. Qanun layihəsi eyni zamanda 40%-lik kilidləmə
mexanizmini də nəzərdə tutur. Daha dəqiq desək, proporsional sistem
çərçivəsində 2020-ci ilin Parlament seçkilərində 40.54% -dən az səs
toplayacaq partiya müstəqil hökumət qura bilməyəcək. Proporsional
və majoritar mandatlar həddi yaradılır, qoyulmuş həddən artıq
olduqda partiya və ya seçki bloku proporsional seçki siyahısından
çıxarılaraq seçki baiyerini keçə bilən digər siyasi partiyaların və
seçki bloklarının təqdim etdiyi seçki siyahılarına
bölüşdürülür.
Konstitusiya qanun layihəsində seçki blokları məsələsi də müəyyən
edilib.
Daha dəqiq desək, Parlament üzvlərinin mandatları proporsional
sistem seçkiləri nəticəsində, səslərin ən azı 1 faizi və ən azı
seçki blokundakı siyasi partiyaların sayı qədər olan siyasi
partiyaların seçki blokları arasında bölüşdürüləcək.
Bölüşdürülməmiş mandatlara gəldikdə isə, onlar ən böyük qalığı olan
partiyalara və seçki bloklarına paylanacaq.
2020-ci il Parlament seçkilərində ölkə miqyasında tək mandatlı 30
majoritar dairə yaradılacaq.
Tbilisidə 8 majoritar dairə olacaq.
Bölgələrə gəlincə, seçki dairələrinin bölgüsü aşağıdakı
kimidir:
Kaxeti - 2 seçki dairəsi;
Kvemo Kartli - 3 seçki dairəsi (birincidə Rustavi bələdiyyəsi və
Qardabani bələdiyyəsinin Norio, Martkopi, Axalsopeli, Sarticala,
Qamarcveba, Axali Samqori, Lemşveniera, Teleti, Kumisi və Krtsanisi
inzibati vahidləri birləşdiriləcək, ikincidə - Marneuli və
Qardabani bələdiyyələri, üçüncüdə isə - Bolnisi, Dmanisi,
Tetritskaro və Calka bələdiyyələri birləşdiriləcək);
Şida Kartli - 2 seçki dairəsi;
Mtsxeta Mtianeti - 1 seçki dairəsi;
Samtsxe-Cavaxeti - 2 seçki dairəsi;
Quriya - 1 seçki dairəsi;
Sameqrelo - 3 seçki dairəsi;
Raca-Leçxumi-Svaneti - 1 seçki dairəsi;
İmereti - 4 seçki dairəsi;
Acarıstan - 3 seçki dairəsi;