Baş nazir Qiorqi Qaxariyanın sözlərinə görə, istintaq orqanları
“Mtavari” telekanalının redaksiya siyasətinə qarışmayacaq və
telekanalın özü də buna imkan verməyəcək. Qaxariya bu haqda
jurnalistlərlə söhbəti zaman bildirib.
“Əminəm ki, Gürcüstanın hər hansı bir istintaq orqanı tərəfindən
hansı araşdırmanın başlamasından asılı olmayaraq, “Mtavari” kanalı
heç kimin onun redaksiya siyasətinə qarışmasına imkan verməz. Mən
buna tam əminəm. Həmçinin ona da əminəm ki, bu gün Gürcüstanın
hüquqi bazası heç kimə siyasi baxımdan və ya başqa bir baxımdan hər
hansı bir media orqanının redaksiya siyasətinə müdaxilə etməyə
imkan vermir. Mən buna əminəm”, - deyə Qaxaria
bildirib.
Qaxaria bu bəyanatı ilə, Tbilisi Şəhər Məhkəməsinin qərarına fikir
bildirib. Həmin qərarla Dövlət Təhlükəsizliyi Xidmətinə iyunun
20-də koronavirusla bağlı yayımlanan süjet materiallarını
telekanaldan sərbəst şəkildə çıxarılmasına icazə verilir.
DTX haqqında danışılan süjetin mart ayında başlayan təxribat işi
ilə əlaqədar olduğunu hesab edir və bu iki işi eyni istiqamətdə
nəzərdən keçirir.
“Mtavari” kanalı iyunun 20-də bir süjet hazırlamışdı ki, burada
respondentlər ailə üzvlərinin başqa bir xəstəlikdən öldüyünü, lakin
ölən şəxsin ailə üzvləri COVID-19-u ölüm səbəbi kimi qeyd etməyə
razı olsalar, bunun müqabilində müəyyən qədər pul alacaqları
haqqında təklif aldıqlarını bildirmişdilər. Sözügedən məlumatları
“Mtavari” kanalına verən respondentlər DTX-ya sorğuya
çağırılmışdı.
Dövlət Təhlükəsizliyi Xidməti, iyunun 25-də bildirmişdi ki,
təxribat məsələsinə görə məhz sözügedən süjetin respodentləri
dindirilmişdi.
Respondentlərdən əlavə Respublika Partiyasının lideri Xatuna
Samnidze və jurnalist Nino Çelidze də dindirilməyə çağrılmışdı.
Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, haqqında
danışılan şəxslər 2020-ci ilin martında başladılan istintaq
çərçivəsində təxribat maddəsi ilə dindirilməyə çağrıldı. Martın
16-da bir qrup şəxs "hökumət" və "səhiyyə xidməti" adından bir sıra
Gürcüstan vətəndaşına virusun yayılma miqyası, onun mənfi
nəticələri və hökumətin gördüyü tədbirlərin lazım olduğundan artıq
olması barədə yalan mesajlar göndərdi. Bundan sonra istintaq
təxribat maddəsi ilə (Gürcüstan Cinayət Məcəlləsinin 318-ci
maddəsinin 1-ci hissəsi) başladılıb. Törədilmiş cinayətə görə 2
ildən 4 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə
tutulur.
Bu iki hadisənin bir-biri ilə əlaqəsi haqda verilən suala DTX-dan
bildiriblər ki, istintaq “Mtavari” kanalı tərəfindən yayılmış
məlumatı da “eyni istiqamət üzrə nəzərdən keçirir”.