Xəbərlər
Hələ quru sərhədlərini açmağı planlaşdırmırıq – Qiorqi Qaxaria

Gürcüstanın Baş naziri Qiorqi Qaxarianın sözlərinə görə, hələlik quru sərhədinin açılması planlaşdırılmır.


Baş nazirin bildirdiyinə görə, hökumət bu məsələ ilə bağlı tələsik qərar qəbul edə bilməyəcək.

“Quru sərhədlərini açmaq üçün tələsik addım ata bilmərik və etməyəcəyik. Gürcüstan vətəndaşları üçün quru sərhəddində nəqliyyat, yük daşınması da təxirə salınmadan həyata keçirilir. Beynəlxalq, nəqliyyat şirkətləri ilə son dərəcə rahatıq. Sürücülərin ölkədə qalmaları üçün 72 saat ərzində sağlamlıqlarını izləyirik. Nəzarət burada olduqca effektivdir, lakin hələ də quru sərhədlərini geniş açmağı planlaşdırmırıq",– Qaxaria dedi.
Mənbə: BM

 

FaceBook Twitter Google