სიახლე
"Gürcü Arzusu" bu gün majoritar namizədlərin adlarını açıqlayacaq

"Gürcü Arzusu - Demokratik Gürcüstan" siyasi birliyi bu gün ölkə daxilində majoritar namizədlərinin adlarını açıqlayacaq və 2020-ci il parlament seçkiləri üçün kampaniyaya başlayacaq.


Tədbir Kocoridə səhər saat 11:00-da keçiriləcək.

Məlumat üçün bildirək ki, bu gün partiyanın mərkəzi aparatında siyasi şuranın iclası keçirilib. İclasda Siyasi Şura Gürcüstan daxilində majoritar millət vəkili namizədlərinin siyahısını təsdiqləyib.

Məlumat üçün bildirək ki, 2020-ci ildə keçiriləcək parlament seçkiləri 120/30 seçki sistemi ilə keçiriləcək, onlardan 30-u majoritar sistem, 120-si isə proporsional sistemlə seçiləcəkdir.

 

FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər