Xəbərlər
Marneulinin keçmiş meri Temur Abazov "Gürcü Arzusu"-nun proporsional siyahısında olacağını deyir
Marneuli şəhərinin keçmiş meri Temur Abazov "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının proporsional siyahısında olacağını deyir. Bu barədə "İnterpressNews"-a Abazov məlumat verib.

"Gürcü Arzusunun liderlərindən bir təklif gəldi və qəbul olundu. Razılaşdım, maraqlı bir iş olacaq, imtina etmədim",
— deyə Temur Abazov "İnterpressNews"-a bildirib.

Onun sözlərinə görə, siyahıda hansı sırada olacağı hələlik müəyyənləşdirilməyib.

Marneuli şəhərinin keçmiş meri Temur Abazov 13 iyun 2018-ci ildə həbs edilmişdi. İstintaq onu Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı rəftarda ittiham edirdi. Rustavi Şəhər Məhkəməsi isə bu işdə Marneulinin keçmiş meri Temur Abazova bəraət verdi.

2019-cu ilin fevral ayında Temur Abazov Marneuli şəhərinin meri vəzifəsindən istefa verdi.
FaceBook Twitter Google