Marneuli şəhərinin keçmiş meri Temur Abazov "Gürcü
Arzusu-Demokratik Gürcüstan" partiyasının proporsional siyahısında
olacağını deyir. Bu barədə "İnterpressNews"-a Abazov məlumat verib.
"Gürcü Arzusunun liderlərindən bir təklif gəldi və qəbul olundu.
Razılaşdım, maraqlı bir iş olacaq, imtina etmədim", —
deyə Temur Abazov "İnterpressNews"-a bildirib.
Onun sözlərinə görə, siyahıda hansı sırada olacağı hələlik
müəyyənləşdirilməyib.
Marneuli şəhərinin keçmiş meri Temur Abazov 13 iyun 2018-ci ildə
həbs edilmişdi. İstintaq onu Elçin Allahverdiyevə qarşı
qeyri-insani və alçaldıcı rəftarda ittiham edirdi. Rustavi Şəhər
Məhkəməsi isə bu işdə Marneulinin keçmiş meri Temur Abazova bəraət
verdi.
2019-cu ilin fevral ayında Temur Abazov Marneuli şəhərinin meri
vəzifəsindən istefa verdi.