Qiorqi Vaşadze və Tako Çarkviani bu gün, 27 iyul tariaxində yeni
"Qurucu strategiyası" siyasi platformasını təqdim ediblər.
Qiorqi Vaşadzenin təqdimat mərasimində bildirdiyinə görə, bu
mərhələdə platforma "Yeni Gürcüstan", "Hüquq və Ədalət" və "Qurucu
Strategiyası" ekspertlərini birləşdirir:
“Hazırkı mərhələdə üç subyektdən ibarət olan "Yeni Gürcüstan",
"Hüquq və Ədalət" və "Qurucu Strategiyası" ekspertlərindən ibarət
yeni bir "Qurucu strategiya”sı adlı siyasi platforma yaratmaq
qərarına gəldik, bununla yanaşı ölkənin inkişaf planını
ictimaiyyətə təqdim etdik.
Məqsədimiz işsizliyi, yoxsulluğu aradan qaldırmaq, təqaüdçülərə
dəstək olmaq, mühacirləri geri qaytarmaq və sairdir. Bu barədə 30
iyulda seçki proqramımızın təqdimatı zamanı ətraflı
danışacağıq", – deyə Qiorqi Vaşadze bildirib.
Vaşadze qeyd edir ki, "Qurucu strategiyası" öz sahəsində uğurlu
insanları birləşdirəcək bir platforma olacaq:
"Qoşulmanın ilk mərhələsi iyulun 30-da olacaq, burada
bu prosesə qoşulan insanları görəcəksiniz və bu seçkilərə qədər
davam edəcək. Düzünü deyim, bir çox insanla ünsiyyət qurmuşuq, buna
görə də bu insanların bu mübarizədə iştirak etmələri üçün güclü bir
cazibə mərkəzimiz var", – deyə Qiorqi Vaşadze
bildirib.