Xəbərlər
Saakaşvili: Heç kimi əlimlə sürükləyə bilmərəm, Qiorqi Vaşadze qaranlıq tərəfə keçdi

Mixeil Saakaşvili "Güc birlikdədir" müxalif koalisiyasından ayrılan və Tako Çarkviani ilə birlikdə siyasi platforma quran Qiorqi Vaşadzenin “qaranlıq tərəfə keçdiyini" deyib:



“Qiorqi Vaşadze bir çox insan kimi mənim də çox xoşuma gəlirdi. Həmişə ona böyük ümidlərim olub və həmişə insanlara şans vermək istəyirəm. Bəziləri bu şansı dəyərləndirir, bəziləri isə dəyərləndirmir. Mən ömrüm boyu heç kimi əlimlə sürükləyə bilmərəm. İndiyə qədər hansısa qrupda işləyirdi, özüün seçki funskiyası var idi və bu funksiyanı həqiqətən yerinə yetirirdi.

Heç bir şəxsi şikayətim yoxdur. İndi baş verənlər İvanişvilinin oyunudur ki, bizi birtəhər parçalasın.nə olduğunu bilmirəm, amma həqiqət budur ki, o, qaranlıq tərəfə, yanlış tərəfə keçib",
- deyə Saakaşvili “Mtavari” kanalının efirində bildirib.

Qiorqi Vaşadze və Tako Çarkviani 27 iyul  tarixində  yeni " Qurucu Strategiyası" adlı siyasi platformanı təqdim etdilər. Qiorqi Vaşadzenin təqdimat mərasimində dediyi kimi, bu mərhələdə platforma "Yeni Gürcüstan", "Hüquq və Ədalət" və "Qurucu Strategiyası" ekspertlərini birləşdirir.

Mənbə: Netgazeti

 

FaceBook Twitter Google