Mixeil Saakaşvili "Güc birlikdədir" müxalif koalisiyasından
ayrılan və Tako Çarkviani ilə birlikdə siyasi platforma quran
Qiorqi Vaşadzenin “qaranlıq tərəfə keçdiyini" deyib:
“Qiorqi Vaşadze bir çox insan kimi mənim də çox xoşuma gəlirdi.
Həmişə ona böyük ümidlərim olub və həmişə insanlara şans vermək
istəyirəm. Bəziləri bu şansı dəyərləndirir, bəziləri isə
dəyərləndirmir. Mən ömrüm boyu heç kimi əlimlə sürükləyə bilmərəm.
İndiyə qədər hansısa qrupda işləyirdi, özüün seçki funskiyası var
idi və bu funksiyanı həqiqətən yerinə yetirirdi.
Heç bir şəxsi şikayətim yoxdur. İndi baş verənlər İvanişvilinin
oyunudur ki, bizi birtəhər parçalasın.nə olduğunu bilmirəm, amma
həqiqət budur ki, o, qaranlıq tərəfə, yanlış tərəfə
keçib", - deyə Saakaşvili “Mtavari” kanalının
efirində bildirib.
Qiorqi Vaşadze və Tako Çarkviani 27 iyul tarixində yeni
" Qurucu Strategiyası" adlı siyasi platformanı təqdim etdilər.
Qiorqi Vaşadzenin təqdimat mərasimində dediyi kimi, bu mərhələdə
platforma "Yeni Gürcüstan", "Hüquq və Ədalət" və "Qurucu
Strategiyası" ekspertlərini birləşdirir.