1 yanvar 2019-cu il - 31 dekabr 2019-cu il tarixlərində 21
deputat Parlamentdə çıxış etmək hüququndan ümumiyyətlə istifadə
etməyib, – bu məlumat Beynəlxalq Şəffaflıq – Gürcüstan təşkilatının
Gürcüstan Parlamentinin 2019-cu il fəaliyyəti ilə bağlı hesabatında
qeyd olunub.
Həmin deputatlar bunlardır:
İrakli Abuseridze (Əksəriyyət, Majoritar), Levan Bejanidze
(Əksəriyyət, Majoritar), Ruslan Hacıyev (Əksəriyyət, Majoritar),
Mahir Darziev (Əksəriyyət), Muxran Vaxtanqadadze (Əksəriyyət,
Majoritar), Zaza Europelaşvili (Əksəriyyət), İoseb Makraxidze
(Əksəriyyət, Majoritar), Samvel Manukyan (Əksəriyyət), Enzel Mkoyan
(Əksəriyyət, Majoritar), Qiorqi Mosidze (Əksəriyyət), Roman
Muçiaşvili (Əksəriyyət, Majoritar), Ruslan Poğosyan (Əksəriyyət),
Dimitri Samxaradze (Əksəriyyət), Erekle Tripolski (Əksəriyyət),
Qoderdzi Çankseliani (Əksəriyyət, Majoritar), Arçil Xabadze
(Əksəriyyət), İrakli Xaxubiya (Əksəriyyət, Majoritar).
Beynəlxalq Şəffaflıq – Gürcüstan təşkilatının apardığı araşdırmaya
görə, iclasların buraxılması göstəricisi azalıb və 2019-cu ildə
plenar iclaslarda üzrlü səbəbdən 1200 iştirak etməmə halı qeydə
alınıb.
Aşağıdakı deputatlar ən çox əsassız səbəblərə görə əksər vaxt
plenar iclasa qatılmayanlardır: Dimitri Samxaradze (əksəriyyət);
Ruslan Hacıyev (əksəriyyət) və İvliane Tsulaia (əksəriyyət).
Qeyd edək ki, yeni prosedura qaydaları qüvvəyə mindikdən sonra,
buraxılmış iclaslar üçün müvafiq məsuliyyət mexanizmləri tətbiq
olunub, daha dəqiq desək 43 halda əsassız iştirak etmədiyi üçün 25
millət vəkilinin maaşlarının 10 faizi tutulub; komitə iclaslarında
əsassız iştirak etməməsi səbəbindən isə 33 halda 22 deputatın
maaşının 10%-i tutulub.