Marneuli meri məzuniyyətə çıxıb
Marneuli meri Zaur Darğallı 1 sentyabr tarixindən Marneuli və Qardabanidən majoritar deputatlığa namizəd olaraq seçkiqabağı görüşlərə başlayıb.

Marneuli meriyasının İnzibati Xidmətinin rəhbəri Nino Dekanoidzenin “Marneuli” radiosuna verdiyi məlumata görə, mer məzuniyyətdədir.

Zaur Darğallının məzuniyyəti 1 sentyabr tarixində başlayıb.

Gürcüstan Prezidenti seçkilərin dəqiq tarixini hələ ki, elan etməyib. Ancaq 2020-ci ilin Parlament seçkiləri güman ki, 31 oktyabr tarixində keçiriləcək.

Marneuli meri Zaur Darğallı seçkilərdən bir ay əvvəl mer statusunu dayandırmalıdır.

Print Email
FaceBook Twitter Google