Gürcüstanın hazırkı parlament üzvü Enzel Mkoyan 2020-ci il
parlament seçkilərində müstəqil millət vəkili olaraq iştirak
edəcək.
"Nori" icma radiosu Mkoyanın qərarı haqqında məlumat yayıb.
Radionun verdiyi məlumata görə, Enzel Mkoyan müstəqil namizəd kimi
qeydiyyata alınmaq üçün sənədləri Axalkalaki Seçki Komissiyasına
təqdim edib.
“Bəli, doğrudur, sənədlərin çoxunu komissiyaya təqdim
etmişəm, daha bir neçə sertifikat təqdim etməliyəm."Bu çox
məsuliyyətli bir məsələdir, insanlar məni seçmək istəyir və mən
beşinci dəfə millət vəkili olmaq istəyirəm", – deyə
Enzel Mkoyan bildirib.
“Gürcü arzusu” hazırkı millət vəkili, partiya siyahısı ilə
parlamentə deputat olan Samvel Manukyanı Axalkalaki və Ninotsminda
seçki dairələrində “Gürcü Arzusu”nun namizədi olaraq irəli
sürüb.
Mənbə: publika