Abazovun sözlərinə görə, Tamaz Naveriani “Gürcü Arzusu”-nun proporsional siyahısında olmayacaq
Marneulinin keçmiş meri Temur Abazov azərbaycandilli nəşriyyat “aktual.ge” ilə söhbəti zamanı bildirib ki, onun Marneulinin majoritar deputatı Tamaz Naveriaininin “Gürcü Arzusu”-nun proporsional seçki siyahısında olmayacağı ilə bağlı məlumatı var.

Temur Abazov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, o, Naverianinin seçki siyahısında olmayacağını konkret qeyd etməyib.

„Mən demişəm ki, fikrimcə Tamaz Naveriani proporsional siyahıya düşməyəcək”, – Abazov dedi.

Tamaz Naveriani “Marneuli” radiosunun zənglərinə cavab vermir.

Abazov özünün “Gürcü Arzusu”-nun proprosional siyahıda olub-olmayacağı barədə müsahibə vermək istəmədi.

Marneulinin keçmiş meri 22 iyul tarixində bildirmişdi ki, ona “Gürcü Arzusu”-nun proporsional siyahısına daxil olmasını təklif ediblər və o, təklifi qəbul edib. 23 iyul tarixində “Gürcü Arzusu”-ndan “Marneuli” radiosuna bildirmişdilər ki, Abazovun seçki siyahısına daxil edilməsi məsələsi müzakirə olunmayıb.

Abazov 2018-ci ilin 14 iyun tarixində Prokurorluq tərəfindən Marneuli sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani rəftar etməkdə ittiham olunub. 2018-ci ilin 13 dekabr tarixində isə o, 10 000 larilik girov qarşılığında azad olunub.

Marneuli merinə qarşı cinayət işi Cinayət Məcəlləsinin144.3 maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə aparılırdı. Həmin maddə məmur, yaxud ona bərabər şəxs tərəfindən təhqiredici və qeyri-insani rəftarı nəzərdə tutur. Marneuli meri Temur Abazova qarşı ittiham 6 sentyabrda daha da ağırlaşdırılmışdı və istintaqa 25, 157.1 maddəsinin birinci və ikinci hissələri əlavə olunmuşdu. Həmin maddələr şəxsi həyatı təsvir edən materialın əldə edilməsi, təşkili, internet və sosial şəbəkələrlə yayımlanmasını nəzərdə tutur.

Məhkəmə Temur Abazova 12 fevral tarixində bəraət qazandırıb.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər