Tbilisi yaxınlığında Vaziani hərbi poliqonunda “Layiqli tərəfdaş
2020” adlı çoxmillətli hərbi təlimin rəsmi açılış mərasimi
keçirilib.
Tədbirdə Gürcüstanın baş nazir Qiorqi Qaxaria, müdafiə naziri
İrakli Qaribaşvili, xarici işlər naziri David Zalkaliani və digər
rəsmi şəxslər iştirak ediblər.
ABŞ-ın dəstəyi ilə “Güc tərəfdaşlıqdadır” devizli altında keçirilən
təlimlər sentyabrın 18-dək davam edəcək.
Manevrlərdə Gürcüstanla yanaşı ABŞ, Böyük Britaniya, Polşa və
Fransadan olan 2 700-dən çox hərbçi iştirak edir. Təlimlərə ABŞ-ın
“Striker” və “Hummer” zirehli və maddi-texniki təminat maşınları da
cəlb olunub.
Kombinə edilmiş manevrlər komanda, qərargah və çöl şəraitində
keçiriləcək.
Beçinci dəfə baş tutan təlimlərin məqsədi Gürcüstan, ABŞ və
tərəfdaş ölkələrin silahlı qüvvələrinin hazırlıq səviyyəsinin
yüksəldilməsi ilə yanaşı, Qara dəniz bölgəsində sabitlik və
təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verməkdir.
Mənbə: NewsBureau