Samqoridə, Afrika məntəqəsində “Milli Hərəkatın” majoritar
deputatlığa namizədi Levan Xabeişvilinin qərargahına hücum ediblər.
Xabeişvilinin “Netgazeti”-yə verdiyi məlumata görə, hadisə dünən,
17 sentyabrda gecə saatlarına baş verib. Onun sözlərinə görə, iki
nəfər qərargaha kərpiclər atıb və şüşələr sınıb. Hücum zamanı
hadisə yerində heç kim olmayıb.
“Hücum gecə saatlarına baş verib. Mütəşəkkil şəkildə
daşları gətiriblər və bunlar mütəşəkkil şəkildə baş verib. Hadisə
yerində kameralar da var, şahidlər də var, ancaq polis hələ ki, nə
kameraları götürüb, nə şahidlər dindirilib. Ən azı iki şahid var.
Qərargah yeni açılıb və hələ çalışmağa başlamamışıq. Ancaq indidən
bizə daş atırlar və çalışmağa başlasaq, sonra nə
olacaq?” – Xabeişvili deyib.
VMH-ın namizədi baş verənləri siyasi fəaliyyətlə əlaqələndirir və
deyir ki, bu gün ölkənin “daş atan hakimiyyəti” var. “Bu da o
deməkdir ki, vətəndaşların problemlərini həll etmək əvəzinə onlara
daş atmaqla məşğuldurlar.”
Daxili İşlər Nazirliyi baş vermiş hadisə ilə bağlı Cinayət
Məcəlləsinin 187-ci maddəsi ilə istintaqa başlayıb. Həmin maddə
əşyaya zərər vurmanı, yaxud onu məhv etməni nəzərdə tutur.