Səhiyyə Nazirliyi Ekaterine Tikaradzenin mümkün istefası ilə
bağlı məlumatları təsdiqləmir.
"Mtavari" kanalı Səhiyyə Naziri Ekaterine Tikaradzenin mümkün
istefası barədə məlumat yayıb. Teleşirkətin məlumatına görə,
Tikaradzeni Səhiyyə Nazirliyinin Tibbi Dəstək və Çağırışların İdarə
Edilməsi şöbəsinin müdiri Amiran Qoqitidze əvəz etməli idi.
"Netgazeti" məlumatı Səhiyyə Nazirliyində araşdırıb, Nazirliyin
mətbuat xidməti Tikaradzenin nazir vəzifəsindən istefa verməsi və
əvəzinə Amiran Qoqitidzenin keçməsi ilə bağlı məlumatları
təsdiqləməyib.
Eyni zamanda, "Mtavari" teleşirkəti bu gün, 23 noyabrda Ekaterine
Tikaradzenin istefa ehtimalı ilə bağlı məlumatları təkzib etdiyi və
Hökümət administrasiyasında istefası barədə heç bir söhbətin
olmadığını açıqladığı telefon şərhi yayımlayıb. Amiran Qoqitidzeyə
gəldikdə, jurnalist Tikaradzeyə Qoqitidze ilə tanış olub-olmadığı
və onunla necə bir münasibətdə olduğu ilə bağlı suala, Tikaradze
"Amiran Qoqitidze çox yaxşı bir kadrdır, çox məhsuldar, çox pozitiv
bir insan və öz sahəsinin peşəkarıdır", – deyə cavab verib.
Mənbə:
Netgazeti