“Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının yeni sədri seçilib
Yanvarın 16-da Tbilisidəki “Ekspo Corcia” sərgi salonunda
Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan”
Partiyasının VI qurultayı keçirilib.
400 nəfərin iştirak etdiyi toplantıda təşkilati məsələyə baxılıb,
partiyanın yeni sədri və Siyasi Şuraya üzvlər seçilib.
Partiyanın icra katibi vəzifəni icra edən, Gürcüstanın sabiq
parlament sədri İrakli Kobaxidze yekdilliklə “Gürcü
Arzusu-Demokratik Gürcüstan” partiyasının sədri seçilib.
İrakli Kobaxidze göstərilən etimada görə minnətdarlığını
bildirib.
Qurultayda partiyanın 21 üzvdən ibarət yeni Siyasi Şurası
formalaşıb, icraçı və siyasi katiblər də seçilib.
Qeyd edək ki, İ.Kobaxidze bundan öncə “Gürcü Arzusu”nun icraçı
katibi olub. 43 yaşlı siyasətçi 2016-2019-cu illərdə Gürcüstan
parlamentinin sədri vəzifəsini tutub. Hakim “Gürcü
Arzusu-Demokratik Gürcüstan” partiyasının qurucusu və sabiq sədri,
milyarder Bidzina İvanişvili yanvarın 11-də siyasi fəaliyyətini
tərk etdiyini, partiya sədrliyindən və üzvlükdən istefa verdiyini
açıqlayıb.