Salome Zurabişvili Brüsselə işgüzar səfər edəcək
Gürcüstan Prezidenti Salome Zurabişvili bu gün, 20 yanvarda Brüsselə işgüzar səfər edəcək.

Prezidentin Brüsselə işgüzar səfəri çərçivəsində Aİ və NATO liderləri ilə görüşlər planlaşdırılır.

Gürcüstan Prezidenti Administrasiyasından verilən məlumata görə, Salome Zurabişvili Avropa Şurasının prezidenti Çarlz Mişel; Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi, Avropa Komissiyası sədrinin müavini Cosef Borrell; Avropa Parlamentinin Prezidenti David Sasoli; Avropa Komissiyasının iqtisadi məsələlər üzrə icraçı vitse-prezidenti Valdis Dombrovski; Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri David McAllister və NATO-nun baş katibi Cens Stoltenberə ilə görüşəcək.

Bundan əlavə, müxtəlif yüksək səviyyəli görüşlər də planlaşdırılır.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google