Birləşmiş Elektron Xidmətlər Portalı MY.GOV.GE, Gürcüstanın ən
çox tələb olunan internet mənbələrindən biridir.
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və İngiltərə
Hökumətinin dəstəyi ilə pandemiya dövründə inteqrasiya olunmuş 37
yeni xidmət daxil olmaqla 133 xidmət portala əlavə edilib.
Qeyri-kommersiya təşkilatı "UNDP-Georgia"-nın verdiyi məlumata
görə, pandemiya dövründə, dövlət xidmətlərinin əksəriyyəti onlayn
olduğuna görə, mobil istifadəçilərin sayı təxminən 40% artıb.
Təşkilatın verdiyi məlumata görə, MY.GOV.GE vətəndaşlara 700-dən
çox elektron xidmət təqdim edir.
Yenə onların sözlərinə görə, Dövlət Xidmətinin İnkişafı
Agentliyi/psda elektron xidmətin göstərilməsinin keyfiyyətini
artırmaqla yanaşı, xidmət təhlükəsizliyi və vətəndaşların şəxsi
məlumatlarının qorunması istiqamətində də mühüm addımlar atıb.
mənbə: report.ge