Almaniya peyvəndlərin Gürcüstana çatdırılmasını alqışlayıb
Almaniya, "COVAX" platforması çərçivəsində peyvəndlərin Gürcüstana çatdırılmasını alqışlayıb. Almaniya Xarici İşlər Nazirliyinin mətbuat katibinin sözlərinə görə, Gürcüstan, Ukrayna, Moldova, Bosniya və Herseqovina da daxil olmaqla 18 ölkəyə fevral ayında koronavirus əleyhinə vasitə veriləcək.

Xatırladaq ki, Almaniya "COVAX" platformasını təsis edildiyi gündən bəri dəstəkləyib və Aİ ilə yanaşı əsas donorlarından biridir.




Mənbə: report.ge
Print Email
FaceBook Twitter Google