Brüsseldə Aİ-Gürcüstan əlaqələri müzakirə olunacaq
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin başçılıq etdiyi nümayəndə heyəti Brüsselə yola düşüb.

Hökumət başçısı səfər çərçivəsində Avropa İttifaqı-Gürcüstan Assosiasiya Şurasının VI toplantısında iştirak edəcək.

İ.Qaribaşvili həmçinin Avropa Komissiyası, Avropa Şurası, Avropa Parlamenti və NATO çərçivəsində də yüksək səviyyəli görüşlər keçirəcək.

Baş nazirin ilk görüşü bu gün Aİ Şurasının prezidenti Şarl Mişellə olacaq.

Nümayəndə heyətinin tərkibində baş nazirin müavini, xarici işlər naziri David Zalkaliani, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava və ədliyyə naziri Qoça Lortkipanidze yer alıb.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google