Gürcüstan dövlətçiliyini mən yaratdım – Mixeil Saakaşvili
Gürcüstan dövlətçilyini və Gürcüstanı ayaq üstə tutan hərşeyi dəstəmlə bərabər mən yaratdım. Məndən sonra gələnlər isə yaratdıqlarımı dağıtmağa çalışırlar, – bu barədə bəyanatı Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili “Pirveli” teleşirkətinin efirində verdi.

Onun dediyinə görə, indi çoxpartiyalı koalisiya yaradılmalıdır ki, ölkə inkişaf etsin.

Saakaşvili gürcü xalqının güclü olduğuna inandığını dedi.

“Mən öz millətim ilə fəxr edirəm, onların ləyaqətinə və potensialına inanıram. Biz öz dövlətçiliyimizi əldən buraxmayacağlıq. Hərkəs öz yerini bilsin”, – sabiq prezident dedi.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google