Qiorqi Mumladze qabaqlayıcı tədbir olaraq 3000 lari girov cəzasına məhkum edilib
İctimai Fəal Qiroqi Mumladze qabaqlayıcı tədbir olaraq 3000 lari girov cəzasına məhkum edilib. Mumladzenin Tbilisi Şəhər Məhkəməsində mühakimə olunması qısa müddət əvvəl başa çatıb.

Qiorqi Mumladzenin vəkili İrakli Çomaxaşvilinin sözlərinə görə, girovun 50%-ni indi ödəyərsə, bu gün cəzaçəkmə müəssisəsindən çıxa biləcək.

“Hakim məhkəmədə ittihamı qismən təmin edib. Müdafiə tərəfinin vəsatəti qismən təmin edilib və buna görə Qiorqi Mumladzenin həbs qətimkan tədbiri seçildiyi həbs cəzasından azad ediləcəyi təqdirdə 3 000 lari məbləğində girov təyin edilib. Onu da nəzərə almaq lazımdır ki, məhkəmə, 50%, yəni 1500 lari ödənməsi halında Mumladzenin cəzaçəkmə müəssisəsini dərhal tərk etməsinə icazə verib. İnanıram ki, aktivistlər pulu bu gün ödəyəcəklər və Giorgi Mumladze bu gün, bir saata azad olacaq", -deyə İrakli Çomaxaşvili bildirib.

Aprelin 14-ü Qiorqi Mumladze polisə müqavimət ittihamı ilə həbs olunub. Günahkar olduğu təqdirdə ittihama görə 2 ildən 5 ilədək həbs cəzası nəzərdə tutulur.

İstintaqa görə, aprelin 14-ü "Gürcü Arzusu" ofisinin qarşısında keçirilən mitinq zamanı Mumladze müqavimət göstərib və növbətçi polislərə fiziki zorakılıq tətbiq edib.

Aprelin 14-ü Qiorqi Mumladze də daxil olmaqla beş fəal hakim partiyanın ofisinin yanında saxlanılıb. Mitinqdəki fəallar işğal altındakı ərazilərdə yaşayan vətəndaşlar üçün beş günlük məcburi karantinin ləğv edilməsini tələb ediblər.


Mənbə: Netgazeti
Print