Talakvadze Tbilisi meri vəzifəsinə namizəd olacağını təkzib edib

Vəzifəsindən istefa verən Parlament sədri Arçil Talakvadze Tbilisi meri vəzifəsinə

namizəd olacağı ilə bağlı xəbərləri təkzib edib. Bu məlumat dünən bir neçə mətbuat orqanı tərəfindən yayılıb.

"Bu qəsdən yayılan bir şayiədir. Tbilisinin seçilmiş meri var və əminəm ki, Tbilisinin bir çox sakini Kaxa Kaladzeni yenidən mer olaraq görmək istəyir", – Talakvadze qeyd edib.

Onun sözlərinə görə, komanda Kaxa Kaladzenin yenidən yerli özünüidarə seçkilərində Tbilisi meri vəzifəsinə namizəd olmasını istəyir, ancaq qərarı Kaladze özü verməlidir.


Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google