Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosu
və UNICEF-in Avropa və Mərkəzi Asiya Regional Bürosu, məktəblərdə
virusun yayılmasını minimuma endirmək üçün addımlar ataraq
təhlükəsiz bir mühit yaratmağa çağırıb.
Birgə hazırlanan bəyannamədə verilən məlumata görə tədbirlərə
müəllimlər və digər məktəb işçilərinin hədəf qruplar arasında milli
peyvənd planlarına daxil edilməsi və əhalinin digər həssas
qruplarının peyvəndlənməsi də daxildir.
"12 yaş və yuxarı uşaqlar, koronavirus səbəbindən peyvənd
olunmalıdır. Sinif otaqlarının daha yaxşı havalandırılması,
uşaqların lazım olduğu qədər kiçik siniflərə bölünməsi, fiziki
məsafənin təmin edilməsi və uşaqların və işçilərin müntəzəm olaraq
yoxlanılması yolu ilə məktəb mühitinin təkmilləşdirilməsi də
vacibdir", - deyə məlumatda bildirilib.
ÜST-nin Avropa Regional Direktoru Hans Kluqe, təhsilin sinifdə
otaqlarında davam etməsinin vacib olduğunu düşünür.
"Pandemiya, təhsil prosesində fəlakətli bir pozulmaya səbəb olub.
Bu səbəbdən məktəblərin uşaqların cəmiyyətin xoşbəxt və məhsuldar
üzvləri olmalarına kömək etməsi uşaqların təhsili, psixi sağlamlığı
və sosial bacarıqları üçün çox vacibdir", - deyə qeyd edib.
Məktəblərin açılmasını və təhlükəsizliyini təmin etmək üçün
Ümumdünya Səhiyyə Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Uşaq
Fondu, UNESCO, Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisi
tərəfindən hazırlanmış 8 tövsiyəni təsdiqləyib. Bu tövsiyələr ÜST
Avropa Regionunun 53 üzv ölkəsi üçün nəzərdə tutulub və bunlara
aşağıdakılar daxildir:
1. Məktəblər ilk açılan və son bağlanan olmalıdır;
2.Test strategiyası hazırlamaq;
3. Riski azaltmaq üçün təsirli tədbirlər hazırlamaq;
4. Uşaqların psixi sağlamlığını və sosial rifahını qorumaq;
5. Ən həssas uşaqları qorumaq;
6.Məktəb mühitini yaxşılaşdırmaq;
7. Uşaqları və böyükləri qərar vermə prosesinə cəlb etmək;
8. Uşaqların məktəbdə qalması üçün pəyvəndləmə fəal şəkildə
aparılmalıdır.
Mənbə:
Netgazeti