“Avropalı Gürcüstan” Marneulidə seçki kampaniyasını “Facebook” və qapı-qapı prinsipi ilə aparır
“Avropalı Gürcüstan” Marneuli Dairə Seçki Komissiyasında majoritar və proporsional siyahıdakı namizədlərini bu gün, 1 sentyabr tarixində qeydiyyatdan keçirməyi planlaşdırır. “Avropalı Gürcüstan”-dan Marneuli meri vəzifəsinə namizəd Əhməd İmamquliyev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, günün sonuna qədər Dairə Seçki Komissiyasında siyahını qeydiyyatdan keçirəcək. Daha sonra isə majoritar və proporsional siyahı üzvlərinin kimliyi aydın olacaq.

“Biz kənd əhalisi ilə seçkiqabağı görüşləri qapı-qapı prinsipi ilə həyata keçirəcəyik. Çünki koronavirus pandemiyasına görə, böyük görüşlər keçirmək istəmirik. Eyni zamanda “Facebook”-da canlı yayımlar edirik ki, kovidə görə dövlətə və əhaliyə hansısa problem yaratmayaq. Biz bu yolda məsuliyyətlə dayanmışıq.”

Marneuli meri vəzifəsinə namizədin sözlərinə görə, kəndlərdə qapı-qapı prinsipi ilə seçicilərlə görüşlərə gələn həftədən başlayacaqlar. Əhaliyə majoritar deputatlığa namizədlərin, proporsional siyahı üzvlərinin kimliyi barədə məlumat verəcəklər. Əhalini “Avropalı Gürcüstan”-ın “Gürcü Arzusu”-ndan nə ilə fərqləndiyi ilə tanış edəcəklər, niyə onları dəstəkləməli olduqları barədə məlumat verəcəklər.

Print Email
FaceBook Twitter Google