Qaxarianın partiyası Kvemo Kartlidə yalnız Rustavidə mer vəzifəsinə namizəd təqdim edib
Keçmiş Baş nazir Qiorqi Qaxarianın üç ay əvvəl təsis etdiyi
"Gürcüstan naminə" partiyası seçki siyahısını və mer vəzifəsinə
namizədləri təqdim edib.
Kvemo Kartli regionunda yalnız inzibati mərkəzdə – Rustavidə mer
vəzifəsinə namizəd təqdim olunub.
Burada Rustavi meri vəzifəsi uğrunda Beka Liluaşvili mübarizə
aparacaq. Partiyanın Marneulidə mer vəzifəsinə namizədi olmayacaq.
Partiyanın Bələdiyyə Məclisində yer almaq üçün siyahı təqdim
edib-etməyəcəyi məlum deyil.
Qiorqi Qaxaria merlik uğrunda Tbilisidə mübarizə aparacaq.