Aİ Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə razılıq verib

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə razılıq verib.



Avropa İttifaqına üzv ölkələrin Daimi Nümayəndələrinin (COREPER II formatında) iclasında qəbul edilən qərara əsasən, Rusiya rəsmiləri və oliqarxlarına, dəniz sektoruna və Belarusun üç bankına qarşı sanksiyalar tətbiq olunacaq. Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell bildirib ki, yeni paket hökumətin müxtəlif səviyyələrində 100 nəfərin səyahətini qadağan edəcək və aktivləri donduracaq.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen sanksiyaların Rusiyaya dəniz naviqasiyası texnologiyalarının ixracına da şamil ediləcəyini təsdiqləyib. Avropa Birliyinin üzvü olan Fransa bildirib ki, paket sanksiyalardan yan keçməklə onların istifadəsindən yayınmağa yönəlmiş kriptovalyutalarla bağlı “sualları aydınlaşdırıb”.

Yeni tədbirlər həftənin sonunda keçiriləcək Versal sammitində bloka üzv olan 27 ölkənin liderləri tərəfindən rəsmi şəkildə təsdiqlənəcək.

Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google