Doğma torpaqda “başqasının” münaqişəsində birgə iştirak
12:50 / 09.03.2022
Gürcüstan çox sayda etnosların yaşadığı ölkədir. Əhalinin
əksəriyyətini etnik gürcülər təşkil edir. Daha sonra etnik
Azərbaycanlılar və etnik ermənilər gəlir.
Onlar əsrlərdir ki, Gürcüstanda yaşayırlar. Ən çox etnik azlıq
nümayəndəsinin məskunlaşdığı bələdiyyələrdən biri Marneulidir.
Demək olar ki, bu iki millət arasındakı münasibəti 44 günlük
Qarabağ müharibəsi qismən gərginləşdirdi.
Azərbaycan və Ermənistanda baş verən hadisələr Gürcüstanda yaşayan
Azərbaycanlılara və ermənilərə də təsir etdi. Mülki fəal, Marneuli
sakini Samirə Bayramova hesab edir ki, bunların hamısının səbəbi
rusiyayönümlü, təxribatçı yanlış məlumat “maşınlarının”
fəaliyyətidir. Gürcüstanda yaşayan Azərbaycanlıların və ermənilərin
hansı problemləri, hansı ortaq dəyərləri var? Bayramova düşünür ki,
bunların hamısını dövlət düşünməyib və heç münaqişəni həll etmək
təcrübəsi də yoxdur.
“Düzünü desəm, Azərbaycanlılar və ermənilərin böyük
problemləri yoxdur, ancaq müxtəlif dağıdıcı, rusiyapərəst qruplar
var ki, özləri belə vəziyyət yaradırlar. Burada dövlət böyük rol
oynayır. Yadımdadır, layihələrdən birində Azərbaycanlılar və erməni
qrup iştirak edirdik. Birlikdə idik, birlikdə yeyirdik, dostluq
edirdik, rəqs, ifa edirdik. Ancaq bu qruplar bölündü ki, sizin
aranızda nə isə olmasın. Bu konkret təşkilatçı tərəfindən hər iki
qrup üçün mənfi addım idi. Çünki Azrbaycan və Ermənistan arasında
problem var, düşünürlər ki, bu gün bizim də problemimiz var. Bizim
aramızda möhkəm ünsiyyət olmalıdır. Heç bir millət bir-birimiz üçün
təhlükəli deyilik. Əksinə, biz birlikdə ümumi problemlərdən danışa
bilərik. Məsələn, indi etnik azlıqlara aid olan təhsil məsələsi
üzərində işləyirik. Qrup şəklində erməbi, abxaz, osetinlərlə
işləyirik. Biz hamımıza eyni şəkildə aid olan ümumi problemləri
müzakirə edirik. Hesab edirəm ki, bu problemin həlli üçün kollektiv
vasitədir və düşünürəm ki, ümumi problemlərimiz olduğu halda niyə
ayrı-ayrılıqda işləyirik”.
Gürcü-erməni İttifaqının rəhbəri Mari Arakelova hesab edir ki,
Gürcüstanda yaşayan Azərbaycanlılar və ermənilərin nümunəvi
münasibəti var. Müvafiq qüvvələr isə gərgin vəziyyət yaratmaq
istəyirlər. O, düşünür ki, İkinci Qarabağ müharibəsi indiyə kimi
olan münasibəti gərginləşdirməyib.
“Gürcüstan-Ermənistan sərhəddində, yaxud hansısa fərdi
hallar baş verəndə həmin gərginlikdən istifadə edərək müxtəlif
qüvvələr manipulyasiya etməyə çalışırlar. Ancaq Gürcüstanda
məskunlaşmış Azərbaycanlılar və ermənilər bunun öhdəsindən layiqli
şəkildə gəlirlər. Təbii ki, Qarabağ müharibəsi zamanı gərgin
vəziyyət yaranmışdı. Bizim, etnik ermənilər və Azərbaycanlıların
tarixi vətəni qohumdur. Onların sağlamlıq vəziyyətinə görə
narahatıq və müvafiq olaraq, gərgin olacaqdıq. Ancaq münasibətlərin
dəyişməsinə gəldikdə, ümumiyyətlə, bu müharibə zamanı armenofobiya
dalğası yalnız Azərbaycanlılar tərəfindən hiss olunmurdu, həm də
ümumiyyətlə, ictimaiyyətdə belə vəziyyət yaranmışdı ki, guya
ictimiyyətdə armenofobiya yaranıb. Ermənistanın timsalında deyə
bilərəm ki, şəxsi kontekstlər hesabına münasibətlər korlandı. Ola
bilsin, kiminsə dostu "Facebook"da uyğun olmayan paylaşım yazdı və
fərq etməz bu Azərbaycanlıdr, yoxsa erməni, ya gürcü. Bu dərəcədə
dəyişdi, ancaq mən deyə bilmərəm ki, indiyə kimi olduqlarından daha
artıq düşmən olublar, bu belə deyil”.
Gürcüstanda yaşayan Azərbaycanlılar və ermənilərin münasibəti ilə
bağlı yazdığımız daha bir müsahib kimliyinin bilinməsini istəmədi.
Marneulidə yaşayan, etnik erməni mülki fəal üçün mövcud olan
münaqişəni dərk edənə qədər Azərbaycanlı icması ilə münasibət
müsbət kontekstdə qəbul olunurdu. Bayramların və ənənəvi
tədbirlərin birlikdə qeyd edilməsi ona insani münasibətlərin
paylaşılması şəraitini yaradır.
“Uşaqlıqdan Aərbaycanlılarla münasibətim var. Birlikdə
bayramı keçirərdik. Yeni il, toy olanda həmişə bir-birimizə qonaq
gedərdik. Yaxşı deyim var ki, düşmən olaraq doğulmurlar, buna
siyasi vəziyyət səbəb olur. Tam deyə bilərəm ki, biz sülh içində
birlikdə yaşamağa yaxşı nümunəyik. Qarabağ müharibəsini xatırlasaq,
bir neçə hadisəni yada sala bilərik ki, kiçik qarşıdurmalar var
idi. Ancaq bu bütün etnosa aid deyildi. Dövlət tərəfindən daha çox
addım lazım idi ki, bunların hamısının qarşısı alınsın.
Azərbaycanlı və ermənilərin birlikdə yaşadığı kəndlərdə isə
bilirdim ki, müharibə gedəndə münaqişə olmasın deyə bir-biri ilə
münasibət qurmaqdan çəkinirdilər. Çünki hər iki tərəf öz tərəfindən
məlumat alırdı və bir az düşmən əhvalında idi. Gürcüstan vətəndaşı
olsaq da, bunlar hamısı yenə təsir göstərir”.
Sosial Ədalət Mərkəzi 44 günlük ikinci Qarabağ müharibəsinin
təsirləri barədə araşdırma aparmağa qərar verib. 20-yə yaxın
ətraflı müsahibə yazılıb, sosial şəbəkələri, yerli media tərəfindən
hadisələrin işıqlandırılmasını araşdırıblar və Gürcüstanda yaşayan
Azərbaycanlıların, ermənilərin əhvalını müşahidə ediblər. Mərkəzin
araşdırmaçısı Kamran Məmmədli bildirir ki, Gürcüstanda yaşayan
etnik azlıqlar əsasən qonşu ölkələrin mətbuatının təsiri altında
idilər. Ancaq bütün bunlara baxmayaraq, sakitliyi qoruyurdular.
“Araşdırma çərçivəsində mühüm və maraqlı nəticələrimiz oldu. İlk
olaraq görünür ki, Gürcüstanda yaşayan etnik Azərbaycanlılar və
ermənilər müvafiq qonşu ölkələrə qarşı müsbət əhvalda idilər və
münaqişədə onlar müvafiq ölkəni dəstəkləyirdilər. Bu Gürcüsatnda
olan sosial ekskluziya siyasətinə görə yarana bilərdi. Eləcə də
kəskin şəkildə görünürdü ki, Gürcüsatnda yaşayan etnik azlıqlar
qonşu ölkələrin mətbuatının təsiri altında idilər və dil baryerinə
görə, onlar gürcü dilində Qarabağ müharibəsi ilə bağlı neytral
mövqe ilə tanış ola bilmirdilər. Qeyd edək ki, Marneulidə, uzaq
kəndlərdə birlikdə yaşama təcrübəsi xüsusi ilə dərk edilib və
bununla yanaşı biz gördük ki, dövlət bu birlikdə yaşama təcrübəsini
gücləndirmək üçün nə müharibə gedən zaman, nə də ondan sonra mühüm
addımlar atmır. Mövcud olan həmin sakit əhval-ruhiyyələr yenə bu
xalqın müdrikliyindən irəli gəlir”.
İkinci Qarabağ müharibəsi 2020-ci ilin 27 sentyabrında başlayıb.
Azərbaycan və Ermənistan arasında silahlı münaqişə Dağlıq Qarabağ
regionunda gedirdi. Müharibə nəticəsində Azərbaycan bir sıra
əraziləri qaytardı. Tərəflər arasında əldə olunan razılaşmaya görə,
Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana təhvil verilib.