Avropa Parlamenti Rusiyanı terrorizmin sponsoru olan dövlət elan edib
Avropa Parlamenti Rusiyanı terrorizmin sponsoru olan dövlət elan edib. Avropalı parlamentarilər Rusiya qüvvələri və onların marionet qüvvələri tərəfindən Ukraynada mülki şəxslərə qarşı məqsədyönlü hücumlar və vəhşiliklərin, mülki infrastrukturun dağıdılması, beynəlxalq və humanitar hüququn digər ciddi pozuntularının terror aktları və müharibə cinayətləri olduğunu vurğulayıblar.

Avropa Parlamentinin məlumatında deputatların Rusiyanı “terror vasitələrindən istifadə edən” dövlət kimi tanıdıqları deyilir.

Avropa Parlamenti Aİ və ona üzv dövlətləri müvafiq qanunvericilik bazası yaratmağa və Rusiyanı terrorizmə sponsorluq edən dövlətlər siyahısına əlavə etməyi nəzərdən keçirməyə çağırır.

Avropa Parlamentinin bəyanatına əsasən, bu, Moskvaya qarşı bir sıra əhəmiyyətli çəkindirici tədbirlərlə nəticələnəcək və Aİ-nin Rusiya ilə münasibətlərinə dərin məhdudlaşdırıcı təsir göstərəcək.

Paralel olaraq, avropalı parlamentarilər Avropa İttifaqı Şurasına müraciət edərək “Hərbiləşdirilmiş rus “Vaqner ” təşkilatını, “Kadırovçular” kimi tanınan 141-ci Əlahiddə Motoatıcı Alay və Rusiya tərəfindən maliyyələşdirilən digər silahlı qruplar, milis və marionetləri” Aİ-nin terrorçular siyahısına əlavə etməyə çağırırlar.

494 deputat qətnamənin lehinə, 58-i əleyhinə səs verib, 44-ü isə bitərəf qalıb.
Mənbə: Birinci Kanal

Print Email
FaceBook Twitter Google