Bu gün parlamentin plenar iclasında deputat Nato Çxeidze
eks-prezident Mixeil Saakaşvilinin yanına “Vivamed” klinikasına
etdiyi səfərindən danışıb və “Gürcü arzusu”nu Saakaşvilinin
“həyatını qorumağa” çağırıb.
“Parlamentin sədri cənab Şalva Papuaşviliyə təşəkkür etmək
istərdim, çünki o, ərizəmi vaxtında qəbul etdi və indiki hökumətin
dediyi kimi, ötən bazar ertəsi həbsxanada/palatada ölkəmizin üçüncü
prezidentini ziyarət etmək imkanı verdi. Onuh haqqında indiki
hökumətin nümayəndələri ““simulyant” məhbusdur deyirlər amma Mixeil
Saakaşvili Putinə qarşı çıxan siyasi məhbusdur.
Getdim və onu gördüm - o insanı ki, onun hakimiyyəti dövründə
müxalifətdə olmuşam, inqilabi idarəçiliyi, bürokratik
qanunsuzluqları şəxsən mənə ziyan vurub, ziyanı hələ də məni
izləyir, indi də məni izləyir.
Getdim və gördüm.
Mixeil Saakaşvilini tanıyanlar artıq onu tanıya bilməzlər. Bunun
necə olduğunu xatırlayanlar tamamilə başqa cür insanla
qarşılaşacaqlar.
Ağ boya ilə səliqəli şəkildə boyanmış iki pəncərədən səma zərrəsi
belə görünmür. Məhbus hücrəsi deyil yox, çardaqdır. Kresloda oturan
yarım skeletə tibbi system qoşublar və temperaturu 37,5
dərəcədir.
Deformasiya olunmuş oynaqlar, məhdud hərəkətlilik və bir hərəkətsiz
üzv, tutqun saçlar və ağarmış üzdə şiddətli təbəssüm. Tanıya
bilmirsən
Palatanı/çardağı gözdən keçirməyə başlayırsınız– 6 ay əvvəl
televizorda gördüyünüz, mayın 12-də Vivamed-ə köçürülərkən ayaq
üstə dayandığını gördüyünüz şəxs haradadır. Başqa heç kim yoxdur.
Yalnız gördükləriniz var.
Tanış, sürətli və xarakterik nitqlə sizə “Gəl, yaxın otur,” deyir;
bu nitq ondan qalan yeganə şeydir və o, dərin
nəfəslər/inhalyasiyalar arasında parça-parça qalıb.
Yaxınlaşacaqsan, onun yanında oturacaqsan və bu dağdan o dağdan,
bir az keçmişdən, bir az indidən, hətta gələcəkdən də az
danışacaqsan. O, səni izləyir və daha çox keçmişdən, sonra
Zelenskidən, sonra... heç nədən danışır.
Onun gələcəyi artıq tarazlıqdadır. Onun həyatı artıq bir sapdan
asılır. Mixeil Saakaşvili məhbus deyil, həmkarlar. Belə xəstələr
məhbus ola bilməz, belə insanlar məhbus borcunu yerinə yetirə
bilməz.
“İndi gedəcəm” - deyirəm.
“Get, burada gördüklərini danış” – yenə
də gülümsəyərək deyir.
Gördüklərimi deyirəm.
Sizə deyirəm, eşidənlər qulaq asın! Əvvəla, “Gürcü arzusu”ndan olan
həmkarlarımız, Mixeil Saakaşvilini ayağa qaldırın və əgər bu qədər
çox istəyirsinizsə, sonra əllərinə qandal vurun.
Əvvəlcə ayağa qaldırın. Əvvəlcə imkan verin ki, onu kim bacarırsa o
sağaltsın, harada yaşada bilərsə qoy buna məhkəmə düzgün qərar
versin! Ədliyyə nazirinə icazə verin, tez hərəkətə keçsin!
Gürcüstan prezidentini öz mülahizə hüququndan istifadə etməkdə
məhdudlaşdırmayın!.. Latın nəsihəti – “yavaş-yavaş tələsin”, indi
işə yaramayır. İndi tez tələsməlisiniz! İndi tələsməlisiniz!
Gürcüstanın üçüncü prezidenti bir çardaqda ölməməlidir!
Yaşaması lazımdır! Siz onu xilas etməlisiniz!.. Siz, ey “Gürcü
arzusu”ndan olan həmkarlarım, onu xilas etməlisiniz!..” - deyə
deputat çoxluğa müraciət edib.