Parlament qarşısındakı aksiyada xüsusi təyinatlılarla mitinq iştirakçıları arasında yenidən qarşıdurma başlayıb
Parlament qarşısında keçirilən aksiyada xüsusi təyinatlılarla aksiya iştirakçıları arasında yenidən qarşıdurmalar başlayıb.

Aksiya iştirakçıları Parlamentin arxa girişinə doğru hərəkət etdikdən və orada quraşdırılmış dəmir bəndləri sökdükdən, Parlamentin şüşələrini sındırdıqdan sonra Parlament binasından onların su şırnağı ilə çıxarılmasına başlayıblar.

Çitadze küçəsindəki aksiya iştirakçılarını da su şırnağı ilə dağıtmağa başlayıblar. Xüsusi təyinatlılar aksiya iştirakçılarına qarşı güman ki, gözyaşardıcı qazdan istifadə edir. Aksiya iştirakçıları Çitadze küçəsindən Rustaveliyə gedirlər.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google