Xüsusi təyinatlılar Parlament qarşısına toplaşmış aksiya iştirakçılarını dağıtmağa başlayıblar
Xüsusi təyinatlılar Parlament qarşısına toplaşmış aksiya iştirakçılarını dağıtmağa başlayıblar. Aksiya iştirakçılarına qarşı su şırnağından, bibər spreyindən və gözyaşardıcı qazdan istifadə olunur.

Ona qədər isə Daxili İşlər Nazirliyi vətəndaşlara səsli siqnalla xəbərdarlıq edib və onları aksiyanı tərk etməyə çağırıb.

Hazırda Parlament qarşısında vəziyyət gərgindir.

Aksiya iştirakçıları özlərini xüsusi təyinatlılardan dəmir bəndlərlə qoruyurlar.

Print Email
FaceBook Twitter Google